Özbəkistan millisi DÇ 2026 ya bu 26 nəfərlik heyətlə gedir

02.06.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir

Özbəkistan milli komandası 2026-cı il dünya çempionatı üçün iştirak ərizəsini elan edib.

QOL.az xəbər verir ki, bu haqda Özbəkistan Futbol Assosiasiyası məlumat yayıb.

Baş məşqçi Fabio Kannavaro heyətə 26 futbolçu cəlb edib.

Qapıçılar: Utkir Yusupov (“Navbahor”), Botirali Erqaşev (“Neftçi”, Fərqanə), Abduvohid Nematov (“Nasaf”)

Müdafiəçilər: Avazbek Ulmasəliyev (OKMK), Jahonqir Urozov (“Dinamo”, Səmərqənd), Rustam Aşurmatov (“İstiqlal”, İran), Umar Eşmurodov (“Nasaf”), Abdukodir Xusanov (“Mançester Siti”, İngiltərə), Abdulla Abdullayev (“Dibba”, BƏƏ), Farrux Sayfiyev (“Neftçi”, Fərqanə), Xociakbar Əlicanov (“Paxtakor”), Şerzod Nasrullayev (“Paxtakor”), Behruz Kərimov (“Surxon”).

Yarımmüdafiəçilər: Şerzod Esanov (“Buxara”), Odil Xamrobekov (“Traktor Sazi”, İran), Akmal Mozqovoy (“Paxtakor”), Otabek Şukurov (“Baniyas”, BƏƏ), Jamşid İsgəndərov (“Neftçi”, Fərqanə), Aziz Qaniyev (“Əl Bataeh”, BƏƏ).

Hücumçular: Abbas Fayzullayev (“İstanbul Başakşehir”, Türkiyə), Jaloliddin Maşaripov (“İstiqlal”, İran), Doston Xamdamov (“Paxtakor”), Oston Urunov (“Persepolis”, İran), Aziz Amonov (“Dinamo”), İqor Sergeyev (“Persepolis”, İran), Eldor Şomurodov (“İstanbul Başakşehir”, Türkiyə).

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-də start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью