Özbəkistan millisi qitə çempionatının finalına yüksəlib

18.04.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Aprelin 17-də Səudiyyə Ərəbistanında Özbəkistan və KXDR gənclər komandaları arasında U-17 Asiya Kubokunun yarımfinal oyunu keçirilib. Sport24.az xəbər verir ki, qarşılaşma özbəklərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Aprelin 20-də baş tutacaq final oyununda Özbəkistan turnirin ev sahibi, digər yarımfinalda penaltilər seriyasında Cənubi Koreyaya qalib gələn Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

Qeyd edək ki, bu komandalar daha əvvəl qrup mərhələsində üz-üzə gəlib və Özbəkistan 3:0 hesabı ilə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью