Özbəkistan millisi Səudiyyə Ərəbistanını məğlub ETDİ

18.11.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Qətərin paytaxtı Dohada yerləşən "Jassim bin Hamad" stadionunda Səudiyyə Ərəbistanı və Özbəkistan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma Özbəkistan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Matçda hesabı 19-cu dəqiqədə Şerzod Esanov açıb. Bundan cəmi 4 dəqiqə sonra Firas Əl-Buraykan tarazlığı bərpa edib. Lakin 35-ci dəqiqədə yenidən səhnəyə çıxan Şerzod Esanov dubl müəllifi olaraq komandasını yenidən hesabda önə keçirib.

İkinci hissənin əvvəlində, 50-ci dəqiqədə Səudiyyə Ərəbistanı millisinin müdafiəçisi Əli Lacami kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Oyunun qalan dəqiqələrində hesab dəyişməyib və görüş Özbəkistan millisinin qələbəsi ilə yekunlaşıb. 

Yoldaşlıq oyunu
17 noyabr 

Səudiyyə Ərəbistanı – Özbəkistan 1:2
Qollar: Firas Əl-Buraykan, 23 – Şerzod Esanov, 19, 35
Qırmızı vərəqə: Əli Lacami, 50 (Səudiyyə Ərəbistanı)
Baş məkan: Doha, "Jassim bin Hamad" stadionu 

Turan ASLAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью