Özbəkistan millisində xəyanət

07.08.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Özbəkistan millisində xəyanət

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro DÇ-2026 zamanı komandada məşqçilər korpusunun işi ilə bağlı yalan məlumatlar yayan şəxsin olduğunu bildirib.

QOL.az xəbər verir ki, bu barədə o, Uz Daily nəşrinə açıqlamasında danışıb.

52 yaşlı italiyalı mütəxəssis bunun əcnəbi məşqçi olmasından qaynaqlandığını düşündüyünü deyib:

“Komandada kənara məlumat sızdıran şəxs var idi. Kimsə bizim işimizlə bağlı çoxlu yalan məlumat yayırdı. Ola bilsin ki, bunun səbəbi əcnəbi məşqçi olmağımdır. Bizim əməl etdiyimiz qaydaları mən uydurmamışam, bunlar Avropa standartlarıdır”.

Kannavaro əlavə edib ki, özündən əvvəl milli komandaya yerli mütəxəssis rəhbərlik edib və yaxşı nəticələr qazanıb. Ancaq bu, ona qarşı tənqidlərin əsaslı olması demək deyil.

Qeyd edək ki, Özbəkistan millisi DÇ-2026-da Kolumbiyaya (1:3), Portuqaliyaya (0:5) və Konqo Demokratik Respublikasına (1:3) uduzaraq qrup mərhələsində mübarizəni dayandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью