Özbəkistan millisinin baş məşqçisindən DÇ 2026 nın püşkünə şərh | Icma.az
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Özbəkistan millisinin baş məşqçisindən DÇ-2026-nın püşkünə şərh Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro DÇ-206-nın püşkünü dəyərləndirib.
QOL.az xəbər verir ki, püşkə əsasən, Özbəkistan yığması mundialın K qrupunda Portuqaliya, Kolumbiya və qitələrarası pley-off – yol 1-in (Yeni Kaledoniya/Yamayka/Konqo) qalibi ilə üz-üzə gələcək.
Mütəxəssis isə dünya çempionatında zəif rəqibin olmadığını vurğulayıb.
Onun sözlərinə görə, istənilən komanda ilə qarşılaşma ehtimalı əvvəlcədən məlum idi və buna görə də püşkün nəticəsinə sakit, inamlı və optimist yanaşmaq lazımdır.
Kannavaro Özbəkistan millisinin düşdüyü qrupu müsbət qiymətləndirib və Portuqaliya ilə Kolumbiyaya qarşı görüşlərin futbolçular üçün əla təcrübə fürsəti olacağını deyib: “Bu, dünya çempionatıdır.
Belə turnirdə hər bir rəqib güclüdür. Portuqaliya da, Kolumbiya da öz tarixi, oyun üslubu və güclü futbolçuları ilə fərqlənir.
Bizim üçün bu qarşılaşmalar əvəzolunmaz təcrübə və gözəl anlar olacaq”.
Tam oxu
Xəbəri oxu