Özbəkistan mundialın startı ərəfəsində məğlub oldu

02.06.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gecə Kanada millisi yoldaşlıq görüşündə Özbəkistanla qarşılaşıb. Sport24.az xəbər verir ki, matç Şimali Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Kanadanın heyətində Conatan Osorio və Maykl Nelson fərqlənib. 

Özbəkistan yığmasının liderləri Abdukodir Xusanov və Eldor Şomurodov 90 dəqiqəni əvəzolunmadan keçiriblər.

Qeyd edək ki, Kanada DÇ-2026-da B qrupunda Bosniya və Herseqovina, Qətər və İsveçrə ilə qarşılaşacaq. Özbəkistan isə K qrupunda Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya ilə üz-üzə gələcək. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью