Özbəkistan oxatanı: Növbəti hədəfim Olimpiya Oyunlarıdır

05.10.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Xankəndi, 5 oktyabr, Tahir Agaməmmədov, AZƏRTAC

Kamandan oxatma yarışlarında güclü rəqiblər iştirak edirdi. Qızıl medal qazandığım üçün özümü xoşbəxt hiss edirəm. Növbəti hədəfim Olimpiya Oyunlarıdır.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xankəndidə keçirilən kamandan oxatma üzrə fərdi yarışlarda qızıl medal qazanan Özbəkistan idmançısı Bekzod Boborajabov söyləyib.

O, yarışların təşkilindən razılığını ifadə edərək deyib: "Bizi burada xoş qarşıladılar. Xankəndinin havasını, mətbəxini çox bəyəndim".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью