Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Özbəkistan Prezident Administrasiyasının (PA) rəhbəri Səidə Mirziyoyeva YUNESKO-nun baş direktoru Xalid əl-Ənani ilə görüşüb.
Moderator.az xəbər verir ki, görüşdə Səmərqənddə keçirilən YUNESKO-nun Baş Konfransının 43-cü sessiyasında əldə edilən razılaşmaların həyata keçirilməsi müzakirə olunub.
“İnsan kapitalının, süni intellektin və kreativ sənayelərin inkişafı, qadın liderliyinin dəstəklənməsi, eləcə də mədəni irsin qorunması məsələlərinə xüsusi diqqət yetirdik. YUNESKO-nun qərargahında keçirilən hər bir görüş strateji tərəfdaşlığımızı daha da dərinləşdirmək üçün yeni imkanlara qapı açır”, - Mirziyoyeva görüş barədə sosial media hesabında yazıb.