Özbəkistan Pakistanda Ticarət Evi açır

04.06.2025

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Pakistanın Lahor şəhərində Özbəkistan Ticarət Evi açılıb,
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Ticarət və Sənaye Palatası məlumat yayıb.
Məlumata görə, Özbəkistanın Ticarət və Sənaye Palatasının rəhbərlik etdiyi nümayəndə heyəti Lahorda “Özbəkistan Ticarət Evi”nin açılış mərasimində iştirak edib. Tədbirdə Lahor administrasiyasının və böyük işgüzar dairələrin nümayəndələri də iştirak ediblər.
Ticarət evi iki ölkənin sahibkarları arasında birbaşa ticarətin və əməkdaşlığın daha da fəallaşmasına xidmət edəcək.
Qeyd edək ki, iyunun 25-də Kəraçidə Özbəkistan və Pakistan iş adamları arasında biznes forum keçiriləcək.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью