Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13.10.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək.

APA xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Şavkat Mirziyoyev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.

Sammitin gündəliyinə Asiya qitəsində etimadın möhkəmləndirilməsi, sülh və təhlükəsizlik, eləcə də AQEM-nın institusional inkişafı məsələləri daxildir.

Tədbir çərçivəsində nəqliyyat əlaqələri, rəqəmsallaşma, dayanıqlı iqtisadi artım və digər prioritet sahələrdə əməkdaşlığın perspektivləri də müzakirə olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью