Özbəkistan Prezidenti Azərbaycana səfərə hazırlaşır

20.06.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır.

APA xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratov iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

Nazir qeyd edib ki, Özbəkistan dövlət başçısı Azərbaycana bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə tapşırıqlar verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью