Özbəkistan prezidenti COP29da iştirak edəcək

10.11.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev beynəlxalq sammitlərdə iştirak etmək üçün noyabrın 11-13-də Səudiyyə Ərəbistanına və Azərbaycan Respublikasına işgüzar səfərlər edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Uzdaily" məlumat yayıb.

Məlumata görə, Şavkat Mirziyoyev 12-13 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью