Özbəkistan Prezidenti Putinlə müttəfiqliyin gücləndirilməsini müzakirə etdi

24.07.2026

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Xalqcebhesi.az xəbər verir ki, Rusiya lideri Özbəkistan dövlət başçısını ad günü münasibətilə təbrik edib.

İkitərəfli razılaşmaların həyata keçirilməsi çərçivəsində Özbəkistan-Rusiya hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.

Qarşılıqlı ticarət göstəricilərinin artım templərinin qorunub saxlanılmasına, aparıcı müəssisə və şirkətlərin prioritet sahələrdə əməkdaşlıq layihələrinin təşviqinə və iki ölkənin regionları arasında səmərəli əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Mədəni-humanitar mübadilənin fəal şəkildə davam etdiyi qeyd edilib.

Özbəkistan və Rusiya liderləri gələcək ikitərəfli fəaliyyət planını da nəzərdən keçiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью