Özbəkistan prezidentindən kadr islahatları

10.07.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Özbəkistan prezidentinin müvafiq sərəncamı ilə Dilnoza Kattaxonova Baş nazirin müavini - Ailə və Qadınlar Komitəsinin sədri təyin edilib.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov məlumat verib.
Prezidentin digər sərəncamı ilə o, Gənclər Agentliyinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.
Öz növbəsində, 2022-ci ilin mart ayından Qadınlar və Ailə Məsələləri Komitəsinə rəhbərlik edən Zülayxo Məhkamova başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad olunub.
Qeyd edək ki, Dilnoza Kattaxonova 2 iyul 1991-ci ildə Fərqanə vilayətinin Kokand şəhərində anadan olub.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью