Özbəkistan Rusiyadan 500 min ton buğda idxal edəcək

14.09.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Özbəkistan bu il Xəzər dənizi vasitəsilə Rusiyadan 500 000 ton buğda idxal etməkdə maraqlıdır.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Özbəkistan Ticarət və Sənaye Palatası Moskvada Ticarət və Sənaye Palatası sədri Davron Vahabov deyib.

O, bildirib ki, Rusiyanın bu il bol taxıl məhsulu ilə bağlı Xəzər dənizi vasitəsilə Özbəkistana 500 000 ton buğda göndərilməsi ehtimalı müzakirə edilib. Həştərxan və Mahaçqala limanları vasitəsilə logistika marşrutlarının təşkili nəzərdən keçirilib.

Tərəflər həmçinin Özbəkistanın aqrar-sənaye sektorunda, xüsusən də süd və şirniyyat istehsalının lokallaşdırılmasında birgə layihələrin potensialını qiymətləndiriblər.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью