Özbəkistan Şimal Cənub dəhlizinə qoşulmaq üçün müraciət edib

17.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Özbəkistan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ölkələrinin koalisiyasına qoşulmaq üçün müraciət edib.

Oxu.Az "Realnoye Vremya"ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini, Rusiya prezidentinin "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə xüsusi nümayəndəsi Vitali Savelyev deyib.

O həmçinin bildirib ki, bu dəhliz Suveyş kanalı ilə rəqabət aparacaq.

"Biz inanırıq ki, bu dəhliz tikintini tam başa çatdırdıqdan sonra zaman keçdikcə güc qazanacaq və Süveyş kanalına real alternativ olacaq", - Savelyev yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью