Özbəkistan və Azərbaycan pediatrları arasında əməkdaşlıq genişlənir

19.08.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daşkənd, 19 avqust, AZƏRTAC

Özbəkistan və Azərbaycan pediatriya sahəsində əməkdaşlığı inkişaf etdirir.

Bunu AZƏRTAC-a müsahibəsində Özbəkistan Milli Uşaq Tibb Mərkəzinin direktoru Baxtiyorjon Umarov deyib.

Onun sözlərinə görə, iki ölkənin tibb müəssisələri arasında əməkdaşlıq Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərindən sonra daha da fəallaşıb.

“Dövlətimizin başçısının ölkənizə səfərindən sonra azərbaycanlı həmkarlarımızla fəal əməkdaşlığa başladıq. Birgə inkişaf etdirə biləcəyimiz bəzi istiqamətlər var”, – deyə Baxtiyorjon Umarov bildirib.

O, özbək xalqının Azərbaycana xüsusi münasibət bəslədiyini qeyd edib və xalqlar arasında dostluq əlaqələrinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb: “Xarici ölkələrdə də biz sıx dostluq və əməkdaşlıq edirik”.

Milli Uşaq Tibb Mərkəzinin direktorunun sözlərinə görə, iki xalq arasındakı yaxınlıq yalnız müasir dostluq münasibətlərinə deyil, həm də ortaq tarixi və mədəni köklərə əsaslanır.

Müxbir – Pərvanə Qafarova

Foto – Tofiq Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью