Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Seula səfər edib. O, Cənubi Koreya Prezidenti Li Çje Myonq ilə məhdud tərkibdə və rəsmi nümayəndə heyətləri üzvlərinin iştirakı ilə görüşüb.
Xəbəri “Anadolu” verib.
Özbəkistan dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Özbəkistan-Koreya xüsusi strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi məsələləri ətraflı müzakirə edilib.
Koreya Respublikasının prezidenti hazırkı səfəri ənənəvi olaraq dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuş Özbəkistan-Koreya münasibətləri tarixində mühüm hadisə adlandırıb.
Özbəkistan lideri isə Koreya Respublikasının son illərdə etibarlı dosta və ölkəmizin ən vacib iqtisadi tərəfdaşlarından birinə çevrildiyini vurğulayıb. Bu baxımdan ticarət və investisiya artımı məmnuniyyətlə qeyd edilib.
Özbəkistanda Koreya kapitalı ilə 700-dən çox birgə müəssisə fəaliyyət göstərir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Eximbank və EDCF ilə əməkdaşlıq çərçivəsində tibb və səhiyyə, sənaye, İKT, kənd təsərrüfatı, su təsərrüfatı, enerji, infrastruktur və təhsil sahələrində onlarla layihə həyata keçirilir.
P.ƏMİRCANOV
XQ