Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər

24.10.2026

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə görüşüb.

SİA xəbər verir ki, bu barədə Saidov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Görüşdə XİN başçıları ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

"Bakıda Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşməkdən məmnun oldum. İkitərəfli gündəliyə dair əsas məsələləri müzakirə etdik və ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların vaxtında və səmərəli şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladıq", - Özbəkistan XİN başçısı yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью