Özbəkistan və İtaliya strateji tərəfdaşlığı gücləndirir

29.05.2025

525.az saytına istinadən Icma.az xəbər verir.

Səmərqənddə keçirilən danışıqların yekununda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İtaliyanın Baş naziri Giorgia Meloni strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi haqqında Birgə bəyannamə qəbul ediblər.

525.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

İki ölkə liderinin iştirakı ilə imzalanmış sazişlərin mübadiləsi mərasimi də keçirilib. Tərəflər investisiyaların təşviqi və qarşılıqlı qorunması, kritik xammal sahəsində əməkdaşlıq, miqrasiya və mobillik sahəsində  əməkdaşlıq, davamlı inkişaf və ətraf mühitin mühafizəsi, habelə mədəni irs sahələrində əməkdaşlıq və s. haqqında sənədlər imzalayıblar.

Qeyd edək ki, Prezident Mirziyoyev ilə Baş nazir Meloni arasında keçirilən danışıqlarda ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью