Özbəkistan və Türkiyə arasında qarşılıqlı ticarətin həcmi 3 milyard dollar olub

29.01.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


2025-ci ildə Türkiyənin Özbəkistanın xarici ticarət dövriyyəsindəki payı ümumi ticarətdə 3,7 faiz təşkil edib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu dövrdə ixracda 3,4 faiz, idxalda isə 4 faizlik dövriyyə qeydə alınıb.
2017-2025-ci illərdə Özbəkistan və Türkiyə arasında qarşılıqlı ticarətin həcmi 1,9 dəfə artaraq 2025-ci ilin sonuna qədər 3 milyard ABŞ dolları təşkil edib. Türkiyəyə ixrac 1,3 dəfə artaraq 1,1 milyard dollara, Türkiyədən idxal isə 2,8 dəfə artaraq 1,9 milyard dollara çatıb.
Eyni zamanda, qarşılıqlı ticarətdə Türkiyədən idxalın illik artım tempi Türkiyəyə ixracın tempini üstələyərək 751,6 milyon dollar məbləğində mənfi ticarət saldosu yaranıb.
2017-2025-ci illərdə Türkiyədən Özbəkistan iqtisadiyyatına birbaşa investisiyaların və kreditlərin ümumi həcmi 9 milyard dollar təşkil edib ki, bunun da 2,6 milyard dolları 2025-ci ildəki payına düşüb.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью