Özbəkistan “yaşıl dəhliz” sistemlərinin yaradılmasını təklif edir

21.05.2025

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Transxəzər beynəlxalq dəhlizi ilə yükdaşımaları artırmaq, gömrük və sərhəd prosedurlarını sadələşdirmək üçün “vahid pəncərə” və “yaşıl dəhliz” sistemlərinin sürətlə yaradılmasına ehtiyac var.
Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bunu prezident Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının Macarıstanda keçirilən qeyri-rəsmi görüşündə çxıışı zamanı deyib.
Xüsusi vurğulamaq istərdim ki, Türkiyə İnvestisiya Fondunun fəaliyyəti, şübhəsiz ki, investisiya axınının aktivləşməsinə təkan verəcək.
Hesab edirik ki, innovativ layihələrin təşviqi üçün birgə müəssisənin yaradılması zəruridir. Bu baxımdan, ölkələrimizin investisiya imkanlarını tam əks etdirən “Vahid İnvestisiya Portalı”nın tətbiqi məqsədəuyğundur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью