Özbəkistan yaxın gəlcəkdə Azərbaycana iritutumlu elektrobus satmağı planlaşdırır

06.10.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Dövlət komissiyası Özbəkistan hökumətinin Səmərqənd Avtomobil Zavodundakı (SamAuto) payının 75,2 faizini satmağa razılıq verib. 

Avtosfer.az xəbər verir ki, bu barədə Özbəkistan hökuməti rəsmi məlumat yayıb. Bildirilib ki, bu pay “Anadolu Isuzu” qrupuna satılacaq. Müvafiq razılaşma 2024-cü ildə Prezident Şavkat Mirziyoyevin Ankaraya səfəri çərçivəsində əldə edilib. 

“Anadolu Isuzu” hökumətin səhm payını almaq üçün 80 milyon dollar ödəyəcək. şirkət zavoda əlavə olaraq bu həcmdə də sərmayə qoymağı öhdəsinə götürüb. Plana görə zavodda istehsal xətti yenilənməli və iritutumlu elektrobuslar (12-18 metr uzunluğunda) istehsal edilməlidir.  Satış bazarı Mərkəzi Asiya, Cənubi Qafqaz və Afrika olacaq. 
Satışın təsdiqlənməsi üçün Türkiyə hökumətinin razılığı tələb olunur.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью