Özbəkistan YUNESKO ilə süni intelekt sahəsində əməkdaşlıq edəcək

21.08.2025

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Müasir qlobal rəqəmsal inkişaf prosesində süni intellekt texnologiyaları həyatın müxtəlif aspektlərinə sürətlə daxil olur. Bu, innovativ imkanlar açmaqla yanaşı, etik standartlara əməl olunması, insan hüquqlarının müdafiəsi, təhlükəsizliyin təmin edilməsi kimi mühüm məsələləri də gündəmə gətirir.
Ona görə də beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən süni intellektin məsuliyyətli və şəffaf şəkildə tətbiqi ilə bağlı bir sıra təşəbbüslər həyata keçirilir. Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Özbəkistan da bu prosesdə fəal iştirak edir.
Məlumata görə, Daşkənddə YUNESKO-nun təşəbbüsü ilə “Özbəkistanda süni intellektə hazırlığın qiymətləndirilməsi metodologiyası” tədqiqatının açılış mərasimi keçirilib.
Tədbirdə rəqəmsal texnologiyalar nazirinin birinci müavini Oleq Pekos iştirak edib və layihənin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, bu tədqiqat süni intellektin ölkəmizdə məsuliyyətli və şəffaf şəkildə tətbiqi, etik meyarların təmin edilməsi və qlobal tənzimləmə qaydalarına uyğunlaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Mehman Mehdiyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью