Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın U-17 millisinin baş məşqçisi İlham Yadullayev İnkişaf Kubokunda Qazaxıstan yığmasına qalib gəldikləri matç (2:1) haqqında danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis AFFA-nın saytına açıqlamasında komandasının əsl xarakter göstərdiyini deyib: “Ötən il də bu turnirdə iştirak etmişdik.
Bir il ərzində nələrə nail olduğumuzu görmək baxımından builki turnirdə çıxışımız mənə də maraqlı idi.
Bu barədə komanda ilə söhbətimiz də olmuşdu. Rusiya ilə ilk oyunda futbolçularda həyəcan var idi.
Ancaq komanda qısa müddətdə toparlandı, qələbəyə kökləndi. Nəticədə İran yığmasını məğlub etdik.
Bu qalibiyyət Qazaxıstanla matç öncəsi uşaqlara əlavə motivasiya verdi. Qazaxıstanla oyunda komandamız əsl xarakter göstərdi.
Birinci hissədə hesabda geri düşsək də, görüşə nəzarət tam bizim tərəfimizdə idi. Fasilədə bəzi dəyişikliklər etdik. Bu da bəhrəsini verdi.