Özbəkistanda 852 məhkum əfv edildi

27.08.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Özbəkistan Prezidenti ölkənin müstəqilliyinin 35-ci ildönümü ilə əlaqədar 852 məhkumu əfv edib.

Gununsesi.info xəbər verir ki, onlardan 604 nəfər cəzadan tam azad olunub, 115 nəfər vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. Daha 52 nəfərin cəzası yüngülləşdirilib, 81 nəfərin isə həbs müddəti azaldılıb.

Əfv olunanlar arasında 7 əcnəbi, 49 qadın, 60 yaşdan yuxarı 37 kişi və 375 gənc var.

Qadağan olunmuş təşkilatların fəaliyyətində iştiraka görə məhkum edilən 63 nəfər də əfv olunanlar sırasındadır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью