Özbəkistanda Beynəlxalq media forum başa çatıb

26.08.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Özbəkistanda keçirilən “İslam svilzasiyası: yeni baxış, yeni kəşflər” mövzusunda Beynəlxalq media forum öz işini başa çatdırıb.

525.az xəbər verir ki, sonda forum iştirakçıları adından Özbəkistan Prezidenti Şavkat Mirzioyevə müraciət qəbul edilib.

Müraciətdə dövlət başçısına forumun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə təşəkkür ifadə olunub. Bildirilib ki, iki gün davam edən forumda aktual məsələlər gündəmdə olub.

Xatırladaq ki, forum 50 ölkədən 300-ə yaxın media nümayəndəsini, alimləri, mədəniyyət xadimlərini və rəqəmsal sahə mütəxəssislərini bir araya gətirib. Tədbirin əsas informasiya tərəfdaşları arasında "Euronews", CNN, BBC və "Al Jazeera" yer alıb. 

Azərbaycandan nümayəndə heyəti tədbirdə təmsil olunub.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью