Özbəkistanda bu il Multimodal Nəqliyyat Forumu keçiriləcək

16.01.2025

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Özbəkistanda Multimodal Nəqliyyat Forumunun təşkil edilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Omuraliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında bildirib.

"Türk Dövlətlərinin Logistika Mərkəzləri və Yük Daşıyıcıları Alyansı ilə əməkdaşlıq çərçivəsində bu ilin mayında Özbəkistanda Multimodal Nəqliyyat Forumu təşkil etməyi planlaşdırırıq. Sizi bu mühüm tədbirə dəvət etməkdən məmnun olardıq", - o qeyd edib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin son iclasında qəbul edilmiş qərarın icrası çərçivəsində bir neçə ekspert görüşü keçirilib və nəticədə bir sıra sənədlər razılaşdırılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью