Özbəkistanda daxili işlər naziri vəzifəsinə YENİ TƏYİNAT

03.03.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin yeni daxili işlər nazirini təyin edib.

Bakıvaxtı.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Şerzod Əsədov məlumat verib.

“Özbəkistan Prezidentinin fərmanı ilə Daşkənd şəhər Daxili İşlər Baş İdarəsinin rəisi Əziz Taşpulatov daxili işlər naziri təyin edilib”, - məlumatda bildirilib.

O, bu vəzifədə 2017-ci ilin sentyabrından daxili işlər naziri olmuş Pulat Bobojonovu əvəzləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью