Özbəkistanda icazəsiz işləyən əcnəbilərin ölkədən çıxarılması təsdiqlənib

29.11.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Özbəkistan Ali Məclisinin Senatı respublikada icazəsiz işləyən əcnəbilərin üç il müddətinə ölkəyə giriş qadağası qoyulmaqla Özbəkistandan çıxarılmasını nəzərdə tutan qanunu təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının saytında məlumat verilib.

Qanuna əsasən, İnzibati Məsuliyyət Məcəlləsinə yeni maddə əlavə olunur. Dəyişikliyə görə, Özbəkistan ərazisində əmək fəaliyyəti hüququnu təsdiqləyən sənəd olmadan, o cümlədən bu sənədin müddəti bitdikdən sonra işləyən və ya sənəddə göstərilməyən fəaliyyətlə məşğul olan əcnəbilər və digər dövlətin ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər 4 milyon 400 min Özbəkistan somu (təxminən 622 manat) məbləğində cərimələnəcəklər.

İnzibati tənbeh tətbiq edildikdən sonra bir il ərzində hüquqpozma təkrarlanarsa və ya cərimə ödənilməzsə, həmin şəxslər üç il müddətinə ölkəyə giriş hüququ məhdudlaşdırılmaqla Özbəkistandan çıxarılacaqlar.

Sənəd imzalanmaq üçün ölkə prezidentinə göndəriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью