Özbəkistanda kitab oxumaq həbs müddətini azaldacaq

13.02.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Özbəkistan Ali Məclisi (parlamenti) həbsxanada kitab oxumağa görə cəzanın yüngülləşdirilməsini nəzərdə tutan qanunu birinci oxunuşda qəbul edib.

Bakupost.az xəbər verir ki, bu barədə gazeta.uz məlumat yayıb.

Sənədə əsasən, məhkumlar oxuduqları hər əsərə görə üç gün həbs müddətinin azaldılması hüququ qazanacaqlar. Amma bu, yalnız təsdiq edilmiş siyahıya aid ədəbiyyata şamil edilir. Bundan əlavə, məhkumlar əsərin məzmununu bilib-bilmədiklərini yoxlamaq üçün imtahan verməli olacaqlar.

Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью