Özbəkistanda maye qazdoldurma məntəqəsində partlayış olub, 6 nəfər ölüb

08.06.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Özbəkistanın Kaşkadarya bölgəsində partlayış baş verib, 6 nəfər ölüb.

“Reuters”in xəbərinə görə, maye qazdoldurma məntəqəsində baş verən partlayışda daha 5 nəfər xəsarət alıb.

Eyni zamanda, nəqliyyat vasitələrinə və yeraltı yanacaq çənlərinə ziyan dəyib.

Hadisənin səbəbi açıqlanmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью