Özbəkistanda məsciddə PARTLAYIŞ: Xəsarət alanlar var

31.03.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Özbəkistanın Əndican vilayətinin İzbaskan rayonundakı məscidlərdən birində qaz-hava qarışığının partlaması baş verib.

Oxu.Az-ın Repost.uz-a istinadən xəbərinə görə, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

"Martın 31-i saat 12:19-da (Bakı vaxtı ilə 11:19 - red.) Mirzə Uluqbek məhəlləsi ərazisində yerləşən Ahmadali Xoca məscidində qaz-hava qarışığının partlaması barədə məlumat daxil olub. Hadisə yerinə regional Fövqəladə Hallar İdarəsinin rəhbərliyi və məsul əməkdaşları gediblər", - deyə FHN-in məlumatında bildirilib.

İlkin məlumata görə, məsciddə dəstəmaz binası uçub. Hadisə nəticəsində altı nəfər xəsarət alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью