Özbəkistanda Ramazan Bayramı münasibətilə 488 nəfər əfv edilib

30.03.2025

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Özbəkistanda Ramazan Bayramı münasibətilə 488 nəfər əfv edilib

Özbəkistanda cinayət törətdiklərinə görə cəza çəkən 488 nəfər əfv olunub. Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident Şavkat Mirziyoyev “Cəza çəkən, əməlindən səmimi peşman olan və islah yoluna möhkəm qədəm qoymuş bir qrup şəxsin əfv edilməsi haqqında” fərman imzalayıb.

Əfv olunanlardan 100 nəfər əsas cəzanı çəkməkdən tam, 268 nəfər şərti olaraq cəza çəkməkdən azad edilib, 34 nəfərə təyin edilmiş cəza daha yüngül cəza növü ilə əvəz edilib. Bundan başqa, 86 nəfərin cəza müddəti azaldılıb.

Əfv olunanlar arasında: - 17 xarici ölkə vətəndaşı, - 37 qadın, - 37 yaşı 60-dan yuxarı kişi, - 30 yaşınadək olan 167 nəfər (o cümlədən 1 azyaşlı), - fəaliyyəti qadağan edilmiş təşkilatların fəaliyyətində iştirak etmiş 5 nəfərdir.

Əziz Mustafa, Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью