Özbəkistanda VIII əsrə aid hökmdar sarayı aşkar edilib

20.07.2026

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Araşdırmalar zamanı alimlər şəhər yerinin sitadelində (Ark hissəsində) yerləşən saray kompleksinin memarlıq quruluşunu üzə çıxarıblar. Qazıntılar zamanı həmçinin sarayın zal hissəsində VIII əsrə aid heykəltəraşlıq nümunələri də tapılıb.
Hazırda aşkar olunan tapıntılar elmi tədqiqat mərhələsindədir. Mütəxəssislərin sözlərinə görə, tikinti texnikası və memarlıq həllərinin xüsusiyyətləri böyük elmi əhəmiyyət daşıyır. Bu tapıntılar erkən orta əsrlər dövründə şəhərsalma, memarlıq və dövlət idarəetmə sisteminin inkişafının daha dərindən öyrənilməsinə imkan verəcək.
Qeyd edək ki, son illərdə Özbəkistanda aparılan arxeoloji tədqiqatlar zamanı bir sıra mühüm tarixi tapıntılar da aşkarlanıb. Bunlar arasında 4 min illik, üzərində cərrahi əməliyyat izləri olan uşaq kəlləsi, Əmir Teymur dövrünə aid yaşayış məskəninin qalıqları və təxminən 1500 illik nadir sikkələr yer alır.
Röya Əliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью