Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Özbəkistanda maye qazdoldurma məntəqəsində güclü partlayış baş verib.
Demokrat.az xəbər verir ki, hadisə Özbəkistanın cənubunda yerləşən Kaşkadarya vilayətinin Qarşi rayonunda qeydə alınıb. Ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, məişət qaz balonlarının doldurulması məntəqəsində baş verən partlayış nəticəsində 6 nəfər həyatını itirib, daha 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışdan sonra ərazidə güclü yanğın qeydə alınıb.
Hadisə yerinə dərhal cəlb olunan xüsusi xilasetmə qrupları alovun qarşısını almağa nail olublar. Hadisə zamanı yanacaqdoldurma məntəqəsində olan iki ədəd "Cobalt" markalı minik avtomobili, iki ədəd qaz daşıyan xüsusi nəqliyyat vasitəsi və iki yeraltı yanacaq çəni ciddi ziyan görərək yararsız hala düşüb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə Baş nazirin müavini Açılbay Ramatovun rəhbərliyi altında hökumət komissiyası yaradılıb. Komissiya zərərçəkənlərə yardımın təşkil edilməsi, fəsadların aradan qaldırılması və partlayışın dəqiq səbəblərinin araşdırılması ilə məşğul olur.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, hadisə Özbəkistanın cənubunda yerləşən Kaşkadarya vilayətinin Qarşi rayonunda qeydə alınıb. Ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, məişət qaz balonlarının doldurulması məntəqəsində baş verən partlayış nəticəsində 6 nəfər həyatını itirib, daha 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışdan sonra ərazidə güclü yanğın qeydə alınıb.