Özbəkistanda yeni əmək miqrasiyası qaydası

03.11.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2027-ci ildən etibarən Özbəkistan vətəndaşlarını xaricə işləməyə yalnız özəl məşğulluq agentlikləri göndərəcək. Bu barədə ölkə Prezidenti Şavkat Mirziyoyev əmək miqrasiyasına dair müşavirədə bildirib. Dövlət başçısı xatırladıb ki, özəl məşğulluq agentliklərinə lisenziyaların verilməsi qaydası sadələşdirildikdən sonra 2 il ərzində onların sayı 3 dəfə, xaricdə işlə təmin olunanların sayı isə 5 dəfə artıb. Vətəndaşın konkret işlə təmin olunması, onun hüquqlarının təmin edilməsi, yüksək gəlir və zəmanətli sosial təminat əsas meyarlar olacaq. Xaricdə yüksək maaşlı işlə təmin edilən hər bir şəxsə görə agentliyə 1,5 milyon som (1,2 min dollar) ödəniləcək.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью