Özbəkistandan nə alırıq və qardaş ölkəyə nə satırıq? Rəy

24.08.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan Özbəkistan ilə ötən il 893 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib. İdxal və ixrac məhsul növlərində 2 mühüm məqam diqqəti çəkir. Özbəkistandan idxalımızın 71 faizini qızıl məmulatları, ixracımızın isə təxminən yarısını şəkər təşkil edir. Ötən il Azərbaycan Özbəkistandan 508 milyon dollarlıq qızıl alıb. “710813” məhsul kodu üzrə rəsmilləşən bu idxal UNSD təsnifatına əsasən "Qeyri-monetar məqsədlər üçün yarımfabrikat formalarda olan qızıl” kimi qruplaşdırılır. Ötən il Azərbaycan qardaş ölkəyə 32 milyon dollar dəyərində ağ şəkər ixrac edib. Digər idxal məhsullarına gəldikdə isə, tütün (32.6 milyon dollar), saflaşdırılmış misdən digər məftillər (21 milyon dollar), qabığı təmizlənmiş yunan qozu (13.6 milyon dollar), minik avtomobilləri üçün kuzovlar (12.4 milyon dollar), qurudulmuş üzüm (9.1 milyon dollar), televiziya rabitəsi üçün rəngli təsvirlə digər qəbuledici aparatlar (8.5 milyon dollar), avtomobil mühərrikləri (6.4 milyon dollar), kimyəvi tekstil materialları (5.7 milyon dollar), saflaşdırılmış misdən borular (5.5 milyon dollar), trikotaj parçalar (5.3 milyon dollar), kağız məmulatları (3.5 milyon dollar) üstünlük təşkil edib".

Bunu 525.az-a iqtisadçı  millət vəkili Vüqar Bayramov deyib.  Millət vəkili qeyd edib ki,  şəkər ilə yanaşı, ixracatımızda emal olunmamış alüminium (11 milyon dollar), qaynaq edilmiş borular (1.7 milyon dollar), qabıqlı badam (1.4 milyon dollar), lak və boyaq maddələri (1.3 milyon dollar) daha çox paya malik olub:

"Digər qardaş türk dövlətləri ilə olduğu kimi, Özbəkistan ilə də ticarət dövriyyəsini daha da artırmaq prioritetdir. Yaxın dövr üçün hədəf 1 milyard dollarlıq ticarət dövriyyəsidir".

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью