Özbəkistanın Azərbaycanda ilk səfiri vəfat edib

08.05.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Özbəkistanın Azərbaycandakı keçmiş səfiri Abduqafur Abdurəhmanov vəfat edib.

Azpost.info bildirir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. O, 1998-ci ildən 2005-ci ilə qədər Özbəkistanın Azərbaycanda səfiri vəzifəsində çalışıb.

Bundan əvvəl isə Türkiyədə səfir postunu tutub.

Abduqafur Abdusattaroviç Abdurəhmanov Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış özbək diplomatı idi.

O, bu vəzifəni 1998-ci ildən 2005-ci ilə qədər tutub və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verib. O, Prezident Heydər Əliyev də daxil olmaqla, Azərbaycan rəhbərliyi ilə geniş görüşlər keçirib və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə kömək edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью