Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistan Respublikasının Beynəlxalq Maliyyə, Texnologiya və Elm Məktəbi (ISFT İnstitutu) arasında mövcud əməkdaşlıq çərçivəsində ISFT İnstitutunun bir qrup tələbəsi 2026/2027-ci tədris ilinin payız semestrində BDU-da təhsil alacaq.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində müvafiq ixtisaslar üzrə tədris prosesində iştirak edəcəklər.
Tələbələrin BDU-da təhsil alması iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin inkişafına və tələbə mübadiləsinin genişləndirilməsinə xidmət edir.