Özbəkistanın QeyriKommersiya Təşkilatları Milli Assosiasiyasında görüş keçirilib AZƏRTAC

07.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 6-da Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti Özbəkistanın Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasında olub.

AZƏRTAC xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında prioritet istiqamətlər üzrə QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi yolları müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti səfər müddətində göstərilən yüksək diqqətə görə təşəkkür edib.

Bununla da səfər başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью