Özbəkistanın Şəhrisəbz şəhərində Azərbaycan kitablarının təqdimat sərgisi olub

24.11.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Özbəkistanın Qaşqadərya vilayətində keçirilən “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində Şəhrisəbz Dövlət Pedaqoji Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri əsasında nəşr olunmuş kitabların təqdimat-sərgisi təşkil edilib.

525.az-a Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, sərgidə Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və ədəbiyyatını, eləcə də görkəmli mütəfəkkirlərimizin həyat və yaradıcılığını əks etdirən kitablar nümayiş olunub.

Təqdimat-sərgi Azərbaycan nəşrlərinin Özbəkistanda tanıdılması, tələbələrin ölkəmizin ədəbi-mədəni irsinə marağının artırılması baxımından əhəmiyyət daşıyır. Bu təşəbbüs, həmçinin ali təhsil müəssisələri arasında elmi və mədəni əməkdaşlığın genişlənməsinə, Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan əbədi dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью