Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Özbəkistanın Turan Beynəlxalq Universitetinin təsisçisi və rektoru Əhədxon Nəcmitdinov SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub. Səfər çərçivəsində BANM rektoru Elmar Qasımovla görüşüb.
BANM-dən 525.az-a bildirilib ki, görüşdə iki ali təhsil müəssisəsi arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə tədqiqatların və akademik proqramların həyata keçirilməsi, ikili dərəcə proqramları, eləcə də qısa təhsil proqramları və yay məktəblərinin təşkili müzakirə edilib.
Sevinc Qarayeva