Özbəkistanın U 17 si qitə çempionu oldu

21.04.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə Özbəkistan yığması 17 yaşadək futbolçular arasında keçirilən Asiya Kubokunun qalibi olub. Sport24.az xəbər verir ki, Orta Asiya millisi həlledici qarşılaşmada Səudiyyə Ərəbistanını məğlub edib.

Bazar günü Səudiyyə Ərəbistanının Taif şəhərində keçirilən final oyununda özbəklər 2:0 hesabı ilə qalib gəliblər. Qolları "Bunyodkor"un vingeri Sadriddin Xasanov (51-ci dəqiqə) və "Paxtakor"un müdafiəçisi Məhəmməd Hakimov (70-ci) vurub.

İlk hissənin sonunda Özbəkistan yığması iki futbolçunun meydandan qovulması səbəbindən matçı 9 nəfərlə davam etdirib.

Qeyd edək ki, pley-off mərhələsində Özbəkistan BƏƏ (3:1) və Şimali Koreyanı (3:0) mübarizədən kənarlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью