Özbəkistanın xarici borcu 68,4 milyard dollar olub

08.07.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ilin yanvar-mart aylarında  Özbəkistanın ümumi xarici borcu 68,4 milyard dollar təşkil edib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, birinci rübdə ölkənin xarici borcu 4,3 milyard dollar artıb. 

Məlumata görə, 35,8 milyard ABŞ dolları xarici dövlət borcu, 32,6 milyard ABŞ dolları isə korporativ borcdur.

Xatırladaq ki, 2024-cü ildə Özbəkistanın ümumi xarici borcu 64,1 milyard ABŞ dolları təşkil edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью