Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında müqavilə təsdiq edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Sənədə əsasən, 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” təsdiq olunur.
Qeyd edək ki, müqavilə iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.