Özbəkistanla əməkdaşlığın yeni mərhələsi

15.11.2025

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


"Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə növbəti iştirakı Orta Asiya ilə, xüsusilə də Özbəkistanla əməkdaşlığımızın yeni mərhələsini ifadə edir".
Newscenter.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, Özbəkistanın son illərdə həyata keçirdiyi sürətli və ağıllı iqtisadi islahatlar onu artıq “Yeni Asiya Pələngi” kimi formalaşdırıb:
"Azərbaycan, Özbəkistan və Qazaxıstan isə Xəzər regionunun üç əsas dayağı olaraq qarşılıqlı etimad, açıq dialoq və strateji layihələrlə bölgəyə əmək, sabitlik və davamlı inkişaf gətirə biləcək ən güclü regional formatı yaradırlar. Bu yalnız Xəzər məkanının deyil, bütün Türk dünyasının iqtisadi inteqrasiyasına verilən ən praktik və perspektivli töhfədir".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью