Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Energetika naziri Pərviz Şahbazov ilə Özbəkistanın energetika naziri Şerzod Xocayevin rəhbərlik etdiyi heyət arasında görüşdə neft-qaz və elektroenergetika, bərpaolunan enerji, enerji səmərəliliyi və tənzimləmə, qarşılıqlı investisiyalar, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib.
“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin strateji əhəmiyyəti vurğulanıb. Azərbaycanın Avropaya yaşıl enerjinin ötürülməsi məqsədilə Qara dəniz, həmçinin Türkiyə istiqamətində inkişaf etdirdiyi enerji bağlantılarının Mərkəzi Asiyadan Avropaya uzanan daha geniş marşrutun formalaşmasına imkan yaratdığı bildirilib. Daha sonra “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında 2026-2028-ci illər üzrə energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb.
Sənəddə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsi, neft-qaz sektorunda geoloji-kəşfiyyat və hasilat üzrə əməkdaşlıq, neft və neft məhsullarının tədarükü, emal sahəsində birgə layihələrin inkişafı, SOCAR-ın Özbəkistanda fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Yol Xəritəsi, həmçinin enerji səmərəliliyi və istilik energetikası sahələrində təcrübə və bilik mübadiləsinin gücləndirilməsini əhatə edir.
XQ