Özbəkistanlı boksçular Bakıda Azərbaycan millisi ilə hazırlıq keçəcək

03.05.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Özbəkistanın yeniyetmə boksçuları Bakıya gəlib.

İdman.biz xəbər verir ki, Bahadır Calolov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası ölkəmizdə təlim-məşq toplanışına qatılacaq.

Özbəklər Bakı Boks Mərkəzində Azərbaycan millisi ilə birgə hazırlıq keçəcək. Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq.

Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də keçiriləcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью