Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Çelsi” qış transfer pəncərəsi ərəfəsində “Mançester Siti”nin müdafiəçisi Abdukodir Xusanovu transfer siyahısına daxil edib.
Futbolpress.az xəbər verir ki, “Caught Offside” nəşrinin yaydığı məlumata görə, İngiltərə Premyer Liqasının daha üç klubu da özbəkistanlı futbolçunu heyətinə cəlb etmək istəyir.
Hazırda 22 yaşlı müdafiəçinin “şəhərlilər”in əsas heyətində davamlı olaraq yer alıb-almayacağı sual doğurur. Bu səbəbdən London klubu oyunçunun ətrafındakı vəziyyəti diqqətlə izləyir.
Cari mövsümdə bütün turnirlər daxil olmaqla 6 matçda şans qazanan Xusanovun “Mançester Siti” ilə müqavilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
“Transfermarkt” portalının məlumatına əsasən, gənc müdafiəçinin hazırkı bazar dəyəri 50 milyon avro təşkil edir.